65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

🆘 ADO məkanını itirə bilər

February 5, 2019

 

Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) məkanını itirmək təhlükəsi ilə üz-üzə qalıb. Son zamanlar yaranmış maliyyə problemləri, vergi cərimələri və.s səbəblərdən teatr icarə haqqını ödəməkdə çətinliklər çəkməyə başlayıb. Bu çətinliyin nə qədər davam edəcəyini bilmirik və problemin aradan qalxması üçün müxtəlif çıxış yolları axdarırıq. Çıxış yolları tapılmayacağı təqdirdə teatr məkansız qala bilər.

 

Problemlə bağlı ictimaiyyət, tamaşaçılar, dövlət qrumları da məlumatlandırılıb. Hesab edirik ki, ADO ölkə mədəniyyətində müasir düşüncənin formalaşmasında, modern teatr ənənəsinin yaranması istiqamətində addımlarını davam etdirməlidir. Məkan problemi teatrın hazırda üzərində işlədiyi bir neçə proyektin də ləngiməsinə səbəb ola bilər.

 

ADO Theatre – Collective 6 ildir ki, müxtəlif məkanlarda icarə haqqı ödəyərək müstəqil fəaliyyət göstərir, incəsənətin müxtəlif sahələri ilə məşğuldur. Hazırkı – Mirzəağa Əliyev 245 ünvanı teatrın 6-cı məkanıdır və bu məkanda 2 ildir ki, fəaliyyət göstəririk. Hazırda ADO`nun yaşamağa səbəbləri var..

Share on Facebook
Share on Twitter
Please reload