65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO rəsmi qurumlara müraciət etdi

May 6, 2019

 

 

ADO “Salaam Cinema”nın yerləşdiyi məkanla bağlı müraciətlər edib

 

ADO teatrı “Salaam Cinema”nın fəaliyyət göstərdiyi, 1913-cü ildə inşa edilən, keçmişdə molakanların dua evi kimi tanınan, 1926-cı ildə ilk radio-yayım evi kimi fəaliyyət göstərən, tarixi əhəmiyyətə malik binanın sökülməsi ilə əlaqədar dövlət qurumlarına rəsmi müraciət ünvanlayıb. Teatr eyni zamanda Mədəniyyət Naziri Əbülfəs Qarayevə ünvanladığı müraciətdə adıçəkilən binanın tarixi abidə kimi qorunmasının və qeydiyyata alınmasının vacibliyini vurğulayıb.

 

6 may tarixində başlayan Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin gənclərə qarşı kobud rəftarının qarşısının alınması da vurğulanıb: “Bakıda tarixi binaların qorunması və bu binalarda mədəni tədbirlərin keçirilməsi bizim gələcəyimiz üçün çox əhəmiyyətlidir”.

Share on Facebook
Share on Twitter
Please reload