65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO karikatura müsabiqəsi elan edir!

June 5, 2019

 

 

ADO teatrı Karikatura Müsabiqəsi elan edir!

 

Mövzu: Azərbaycan mədəniyyəti bu gün

 

1-ci yer: 300 azn
2-ci yer: 200 azn
3-cü yer: 100 azn

 

Müsabiqəyə uyğun olan bütün işlər ADO-nun sosial şəbəkələrdəki rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki həmin kataloq sərgi zamanı təqdim olunacaq.

 

Qaliblərə və digər iştirakçılara sertifikat, həvəsləndirici sertifikatlar təqdim olunacaq.

 

Şərtlər:

 

Maksimum 2 iş təqdim etmək olar

 

İşləri göndərmək üçün son tarix: 10 iyul 2019

 

Karikaturaları gün ərzində (Səhər saat 10:00-dan akşam saat 22:00-a kimi) ADO teatrının ünvanına gətirə bilərsiniz

 

İşin arxa tərəfində qeyd etmək: Müəllifin ad və soyadı, çəkdiyi tarix və işin adı)

 

Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz.

 

QEYD: Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq.

 

ADO əməkdaşları müsabiqədə iştirak edə bilməz.

 

Layihənin məqsədi: Azərbaycan mədəniyyətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq.

 

Təqdim olunmuş işlər teatrın foyesində asılacaq və tamaşaçılar mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək.

Share on Facebook
Share on Twitter
Please reload