ADOsezon7 (14 iyul, 20:00)


Azərbaycanın ilk müstəqil və modern teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) 7-ci mövsümünün açılışı, iyulun 14-ü saat 20:00-da baş tutacaq. Tədbir açıq havada – “BARREL”də keçiriləcək. Tədbirdə olacaq: Gic-Daban (Crazy-Heel) açık hava tamaşası Şahin Quliyevin karikaturalarından ibarət sərgi

E.L.CLUB de TANGO (Emil Gezalov & Lala Gezalova) Ahmedowsky Trio DJ: Hazi Karim 14 Şərab və digər sürprizlər… *** Bütün bunlar və proqrama əlavə olunacaq yeniliklər haqda ətraflı olaraq “ADO.AZ” saytında və “fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz. Teatr haqda: ADO Theatre – Collective 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb. İncəsənətin müxtəlif sahələri ilə məşğuldur. ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə də əməkdaşlıq edir. Giriş sərbəstdir! Tədbirin keçiriləcəyi ünvan: Barrel Playground (Yeni Bulvar, Səbayel rayonu) Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ado.az Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva