ADO sosial mediada:

#ADOsezon7 tədbiri baş tutub


Azərbaycanın ilk müstəqil və modern teatrı olan ADO`nun (Azərbaycan Dağınıq Oda teatrı) 7-ci mövsümünün açılışı olub. Tədbir açıq havada – “BARREL”də keçirilib. Tədbirə tamaşaçılar, teatr nümayəndələri, diplomatlar və jurnalistlər də qatılıb. 300-ə yaxın insanın qatıldığı tədbirin proqramı aşağıdakı kimi olub:

Gic-Daban (Crazy-Heel) açık hava tamaşası Şahin Quliyevin karikaturalarından ibarət sərgi E.L CLUB de TANGO Ahmedowsky Trio DJ: Hazi Karim 14 Şərab və digər sürprizlər…

***

Teatr haqda: ADO Theatre – Collective 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb. İncəsənətin müxtəlif sahələri ilə məşğuldur. ADO teatrı Bakıda fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın bölgələrinə mütəmadi səfərlər edir. Teatr beynəlxalq səfərlərə, festivallara da qatılır. ADO Fransa, Gürcüstan, Türkiyə, İtaliya, İran, Belarusiya, Ukrayna, Rumıniya, Rusiya, Böyük Britaniyada olub, digər ölkələrin artistləri ilə də əməkdaşlıq edir.

Tədbir haqda video və fotolar rəsmi saytımız olan ADO.AZ`da və "feysbuk" sosial şəbəkəsində yayımlanacaq. Tədbirdən fotoları fotoqraf İlkin Səlifov çəkib.