ADO sosial mediada:

ADO karikatura müsabiqəsinin vaxtını uzadıb


ADO karikatura müsabiqəsinin vaxtını uzadıb;

Mövzu: Azərbaycan mədəniyyəti bu gün

1-ci yer: 300 azn 2-ci yer: 200 azn 3-cü yer: 100 azn

Müsabiqəyə uyğun olan bütün işlər ADO-nun sosial şəbəkələrdəki rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki həmin kataloq sərgi zamanı təqdim olunacaq.

Qaliblərə və digər iştirakçılara sertifikat, həvəsləndirici sertifikatlar təqdim olunacaq.

Şərtlər:

Maksimum 2 iş təqdim etmək olar

İşləri göndərmək üçün son tarix: 1 avqust 2019

Karikaturaları gün ərzində (Səhər saat 10:00-dan akşam saat 22:00-a kimi) ADO teatrının ünvanına gətirə bilərsiniz

İşin arxa tərəfində qeyd etmək: Müəllifin ad və soyadı, əlaqə vasitəsi, çəkdiyi tarix və işin adı)

Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz.

QEYD: Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq.

ADO əməkdaşları müsabiqədə iştirak edə bilməz.

Layihənin məqsədi: Azərbaycan incəsənətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq.

Təqdim olunmuş işlər teatrın foyesində asılacaq və tamaşaçılar mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək.