65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO`dan Əbülfəs Qarayevə "Gic-Daban" müraciəti

July 27, 2019

 

 

2 ilə yaxındır ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO Bakıda küçə nümayişləri keçirə bilmir. Bakı Şəhər İcra Hakimiyyəti teatra bildirir ki, küçə nümayişlərinə icazə verilməsi üçün Mədəniyyət Nazirliyinin rəyi olmalıdır. Nazir Əbülfəs Qarayev və komandası teatra nəinki müsbət cavab verir, əksinə süni əngəllər yaradır.

 

Çıxılmaz durumda olan teatr bu yaxınlarda Tbilisiyə üz tutur. 2 ildir ki Bakıda küçə nümayişlərinə icazə ala bilməyən ADO 3 saat ərzində Tbilisi Meriyasından müsbət cavab aldı. Teatr "Gic-Daban" adlı küçə tamaşasını Tbilisinin mərkəzində nümayiş etdirdi. Performansın maraqla qarşılandığını əsas gətirən teatr, geri döndükdən sonra mədəniyyət nazirinə yenidən müraciət etmək qərarı verdi. ADO vətəndaşı olduğu ölkənin mərkəzi küçələrində "özünü yaradıcı ifadə azadlığını" əsas gətirərək nazirdən cavab istəyir. Həmçinin müraciətə 10 iş günü ərzində cavab verilməsi istənilir.

Share on Facebook
Share on Twitter
Please reload