Sərsəm Yuxu - aktyorluq kursunun tamaşası


ADO teatrının növbəti aktyorluq kursunun tələbələri təhsil proqramını başa vurublar. Kursun yekununa həsr olunmuş "Sərsəm Yuxu" adlı tamaşa hazırlanıb. "Eqosentrik təmas" janrında hazırlanan tamaşa avqustun 2-si saat 18:00-da ADO teatrında nümayiş olunacaq. Kursun müəllimi və tamaşanın rejissoru Amid Qasımovdur. Obrazları tələbələr - Nurlan Əmirli, Aytac Məmmədova, Nicat Azayev, Tərlan Zeynallı canlandırır. Tədbirdə tələbələrə kursu müvəfəqiyyətlə bitirdiklərinə görə sertifikatlar da təqdim olunacaq. Tamaşada tələbələrin öz mətnlərindən və müxtəlif şairlərin şeirlərindən də istifadə olunub. Tədbirə giriş sərbəstdir! Ünvan: Mirzəağa Əliyev 245 Əlaqə: 050 394 48 64


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva