65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Rəhman Bədəlov ADO`nun RING`indən yazır...

August 6, 2019

 

 

Tanınmış fəlsəfəşünas, professor Rəhman Bədəlov ADO`nun RİNG tamaşası haqda yazır:

 

"Avqustun 31-də ADO teatrının yeni tamaşası göstərildi.

 

“RİNQ”.

 

ADO-nun bütün tamaşaları kimi “RİNQ” gözlənilməz, paradoksal, düşündürən, hazır cavabı olmayan, etiraz doğuran, razılaşdıran, yenə etiraz doğuran, yenə razılaşdıran tamaşadı.

Rinq: doğrudanmı hamımız rinqa məhkumuq, doğrudanmı rinqi tərk edə bilmirik? Cavabsız suallar.

 

3 qadın, bir kişi, rinqə çıxırlar, rinqdən düşürlər, danışırlar, danışırlar, bir dildən başqa dilə keçirlər, nitqləri dağınıq, nitqləri qarışıq, bizə ünvanlanır, özlərinə ünvanlanır, dedikləri, istədikləri çox sadə, dedikləri, istədikləri çox çətin, başqasında inam axtarırlar, başqasında güvən axtarırlar, başqasında necə inam axtarmamaq olar, başqasında necə güvən axtarmamaq olar, başqasına necə inanmaq olar, başqasına necə güvənmək olar, Sartrın dediyi kimi başqası doğrudanmı cəhənnəmdi, bu cəhənnəm rinqindən qopmaq olarmı?

 

Cavabsız suallar.

 

3 qadın, 1 kişi bizə, özlərinə nəsə deyirlər, ekranda isə evlər sökülür, bir ev, iki ev, bir küçə, iki küçə, bir şəhər.

 

Nə deyir bizə ADO-nun “RİNQ” tamaşası? Baxır biz kimik, cavab bizdən, həyata münasibətimizdən asılıdı. Birimiz insan faciəsini görəcək, bəşəriyyətin sonunu görəcək. O birilər insan komediyasını görəcək, istədiyimiz heç vaxt alınmır, xəyalda bir, davranışlarımızda iki, nəticədə üç, və yenə, yenə, yenə, dörd, beş, on. Gülməliyiq bəlkə hər birimiz, sadəcə insanıq, zəif, kövrək, gülməli.

 

Mən belə görürəm “RİNQ” tamaşını, başqalarına gülürəm, özümə gülürəm, yumşalıram, insanlaşıram.

 

Və bir də ADO-ya minnətdarığımı bildirirəm, narahatlığıma görə, gülməyimə görə, yumşaldığıma görə".

Share on Facebook
Share on Twitter
Please reload