ADO sosial mediada:

Karikatura müsabiqəsi yekunlaşdı - Sərgi olacaq


ADO teatrının "Azərbaycan mədəniyyəti bu gün" adı altında başlatdığı karikatura müsabiqəsi yekunlaşıb. Müsabiqənin yekununa həsr olunmuş sərgi keçiriləcək. Sərgi 19 avqust saat 19:00-da ADO`nun məkanında baş tutacaq. Müsabiqənin qalibləri isə sərgi zamanı elan ediləcək. Qaliblərə pul mükafatı və sertifikatlar təqdim olunacaq. Eyni zamanda sərgidən sonra karikaturalar teatrın rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. İştirakçıların işlərindən ibarət kataloq isə sərgi günü təqdim olunacaq. Layihənin məqsədi: Azərbaycan mədəniyyətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq. Təqdim olunmuş işlər sərgidən sonra teatrın foyesində asılacaq və tamaşaçılar 1 ay müddətində mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək. Sərgiyə giriş sərbəstdir! Ödənişsiz buffet təqdim olunur. Teatrın ünvanı: Bakı, Mirzəağa Əliyev 245, AZ1014 Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact Teatrla əlaqə: Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre