ADO sosial mediada:

Sakura - aquarelist Aynur Aktürkün sərgisi


Türk sənətçisi, aquarelist (sulu boya) ustası, Aynur Aktürkün ADO teatrında "Sakura" adlı sərgisi baş tutacaq. Sərgi 16 sentyabr saat 19:00-da başlayacaq. Rəssamın qadınlara həsr etdiyi, yalnız sulu boya ilə yaratdığı işlər sərgilənəcək. Eyni zamanda teatrın "Qadın Səsi" performansı da nümayiş olunacaq. Sərgidə rəssamın işlərindən ibarət kataloq izləyicilərə təqdim olunacaq. Eyni zamanda sizləri açıq buffet də gözləyir. Aynur Aktür 1974-cü ildə Türkiyənin İzmit şəhərində anadan olmuşdur. 1993-2000-ci illərdə müstəqil radio və televiziyada prodüser, rejissor, dj və aparıcı kimi çalışmışdır. 2000-ci ildən 2011-ci ilə qədər bir çox Asiya ölkələrinə səyahət etmiş, Uzaq Şərq (Çin) rəngləmə üsullarını araşdırmış və Çin ustalarından dərs almışdır. O, həmçinin döymə sənəti üzrə də təhsil almışdır. 2014-cü ildə Priştinedə AAB Universitetinin Gözəl Sənətlər fakültəsinin Rəssamlıq və Dizayn ixtisasını bitirmişdir. Tədbirə giriş sərbəstdir! Ünvan: Mirzəağa Əliyev 245 Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact Teatrla əlaqə: Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre