65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

Əbülfəs Qarayev ADO`ya "yox" dedi

September 27, 2019

 

 

Bir müddət bundan öncə ADO teatrı Mədəniyyət Nazirinə və Bakı Şəhər İcra Hakimiyyətinə küçə tamaşaları nümayiş etdirmək üçün yenidən müraciət edib. Nazirlik bir ay müddət keçməsinə baxmayaraq teatrın müraciətinə cavab vermirdi. Lakin 26 sentyabr 2019 tarixində nazirlik əməkdaşı Könül Cəfərova teatrın rəhbəri Elmin Bədəlova nazirlik tərəfindən küçə performanslarına konkret olaraq "yox" cavabı verildiyini bildirib.

 

Teatr rəhbərinin sözlərinə görə, nazirlik əməkdaşı səbəblər haqda məlumat verməyib: "Bu məsələdə ADO`ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar".

 

Qeyd edək ki, teatr 2 ildən çox idi ki, nazirlik və meriyaya müraciət edirdi. Nazirlik isə hər dəfə bu məsələnin onların səlahiyyətində olmadığını, bu işə meriyanın baxdığını deyirdi. Meriya isə bu məsələdə nazirliyin rəyinin vacibliyini vurğulayırdı. ADO`nun son müraciətinə Mədəniyyət Nazirliyi "yox" cavabı versə də meriyadan hələki konkret cavab verilməyib.

Share on Facebook
Share on Twitter
Please reload