Exordium - fərdi foto sərgi


Gənc fotoqraf İlkin Səlifovun ADO teatrında "EXORDIUM" adlı ilk foto sərgisi baş tutacaq. İlkinin fotolarında gündəlik həyatda gördüklərinə fəlsəfi yanaşması var. Reportaj, portret, peyzaj, abstrakt, idman kimi janrlarda çəkilmiş fotolarda əks qütblərin dialoqunu tamaşaçıya çatdırır. Sərgi 5 oktyabr saat 17:00-da başlayacaq. Sərgidə ADO teatrının tamaşalarından fotolar yer alacaq. Sərgi 3 gün davam edəcək. Eyni zamanda sizləri açıq buffet də gözləyir. İlkin Səlifov 1991-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olmuşdur. Fotoqrafiyaya marağı universitet illərində yaranmış, 2014-cü ildən fotoqrafiya ilə peşəkar şəkildə məşğul olmağa başlamışdır. Fotoqrafiyanın kommersial tərəfindən asılı olmayaraq fərqli festival və müsabiqələrdə («ASAN könüllülər hərəkatı fotoqrafların gözü ilə», «Fotofest 2016 - Çelyabinsk», «IV İslam həmrəylik oyunları Azərbaycan fotoqraflarının gözü ilə», «Formula 1 Azerbaijan Grand Prix 2018/2019») iştirak etmiş, bir sıra diplom və sertifikatlara layiq görülmüşdür. Əsasən korporativ və reklam xarakterli çəkilişlərin sifarişlərini qəbul edir. 2016-cı ildən Azərbaycan Fotoqrafları Birliyinin üzvüdür. Ilkin Salifov was born in 1991 in Baku, the capital of Azerbaijan. His interest to photography has originated in university years and he has begun to do photography as professionally since 2014. Regardless of commercial photography, he has participated in various festivals and competitions (“ASAN Volunteer Movement Through the Eyes of Photographers”, “Photofest 2016 - Chelyabinsk”, “IV Islamic Solidarity Games through the Eyes of Azerbaijani Photographers”, “Formula 1 Azerbaijan Grand Prix 2018/2019”) and he has been awarded diplomas and certificates. Basically, he accepts orders about corporate and advertising photo shootings. Ilkin is a member of the Azerbaijan Photographers Union Since 2016. Илькин Салифов родился в 1991 году, в столице Азербайджана - Баку. Интерес к фотографии проявил в студенческие годы, а с 2014 года начал профессионально заниматься фотографией. Несмотря на коммерческую составляющую деятельности, он принимал участие в различных фестивалях и конкурсах («Волонтерское движение ASAN - глазами фотографов», «Фотофест 2016 - Челябинск», «IV Игры Исламской Солидарности глазами Азербайджанских фотографов», «Формула 1 Гран-при Азербайджана 2018/2019») и был награжден дипломами и сертификатами. В основном, принимает заказы корпоротивного и рекламного характера. С 2016 года является членом Союза Фотографов Азербайджана. Tədbirə giriş sərbəstdir! Ünvan: Mirzəağa Əliyev 245 Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact Teatrla əlaqə: Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva