65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

ADO teatrından MAP Festivala açıq məktub

October 3, 2019

 

 

Əziz MAP Bakı Teatr Festivalı təşkilatçıları və iştirakçıları. Bildiyiniz kimi ölkəmizin ilk müstəqil teatrı olan ADO 2 ildən artıqdır ki, küçə tamaşaları nümayiş etdirə bilmir. Teatr bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət ünvanlayıb. Lakin meriya bu işə nazirliyin, nazirlik isə bu işə meriyanın baxdığını bildirirdi. Son müraciətimizə hələlik meriyadan bir cavab gəlməsə də Mədəniyyət Nazirliyi bizə "yox" deyib. 26 sentyabr tarixində nazirlik əməkdaşı rəsmi cavabın verilməyəcəyini, lakin bizim küçə nümayişlərinə razı olmadıqlarını şifahi bildirib, heç bir açıqlama verməmişlər.

 

Biz bunu art insanların özünü yaradıcı ifadə azadlığının pozulması, mədəniyyətin qarşısına çəkilən bir səd kimi qiymətləndiririk. Hesab edirik ki, ölkəmizdə teatr azadlığı Mədəniyyət Nazirliyi tərəfindən məhdudlaşdırılır.

 

Belə bir durumda Bakı Teatr Festivalı kimi sizin bu məsələ ilə bağlı mövqe açıqlamağınızı xahiş edirik. Açıqlamanın, hər hansı bir mövqenin ortaya qoyulmayacağı təqdirdə Bakıda təntənəli teatr festivalının keçirilməsi və onun legitimliyi sual altına düşəcək. Bakıda teatrın küçə performansına qadağa qoyulduğu bir məqamda MAP festivalın səmimiliyi insanlar tərəfindən də birmənalı qarşılanmır.

 

Odur ki, bu məsələdə mövqeyinizi açıqlamağı, Mədəniyyət Nazirliyinin qadağanı aradan qaldırmağını və bizim "Qış Parkı" adlanan ərazidə "Crazy-Heel" performansımızı nümayiş etdirməyimiz üçün əngəllərin ortadan qaldırılmasını tələb edin.

 

Hörmətlə, ADO Theatre - Collective

Share on Facebook
Share on Twitter
Please reload