Məşhur kloundan Əbülfəs Qarayevə açıq müraciət


Zimbabvedə böyüyüb-başa çatmış, tanınmış britaniyalı komik Kris Linam (Chris Lynam) Azərbaycan Respublikası Mədəniyyət Naziri Əbülfəs Qarayevə açıq müraciət edib.

Dünyada tanınan aktyor ADO teatrı ətrafında son baş verənlərdən məyuslandığını bildirir: "Teatrın küçə tamaşaları ilə bağlı qoyduğunuz qadağanı qaldırmağı, teatra qarşı təzyiqlərə son qoymağı sizdən xahiş edirik. Bu teatrın Azərbaycan mədəniyyəti üçün böyük təkan olduğuna inanırıq. Düşünürük ki, teatrın küçədə tamaşa göstərməsi ölkənizin mədəniyyətində böyük inkişaf yaradacaqdır".

Kris, kloun kimi 44 il bundan əvvəl şəhər küçələrində çıxış etməyə başlayıb. O, bütün dünyada "planetin ən təhlükəli gülməli adamı" kimi tanınır. O, Vyaçeslav Poluninin "Qar şousu" tamaşasında "Yaşıl" obrazı ilə bir çox tamaşaçıların yaddaşında qalıb. Aktyor 2018-ci ildə Bakıda da çıxış edib.

#QarayevQadağanıQaldır


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva