65134526_456303914940729_835051606390079
IMG_7522.jpg

       

         © ADO Theatre - Collective

 

 

Designed by Olga Guliyeva                   

İmzalar nazirə göndərildi

October 22, 2019

 

 

ADO teatrının küçə tamaşalarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əngəllərin törədilməsinə etiraz olaraq Azərbaycan Respublikasının vətəndaşları imzatoplama kampaniyasına start vermişdi. 1500 vətəndaş beynəlxalq imzatoplama saytı olan "Change.Org" saytı vasitəsilə bir araya gəldi. Teatr həmin imzaları rəsmi məktubla nazirliyə göndərib və nazirin vətəndaşların, eyni zamanda teatrın mövqeyinə cavab verməsini istəyib. Təəssüflər olsun ki, nazirlik vətəndaşların çağırışına hələ ki, reaksiya verməmişdir.

 

Qeyd edək ki, ölkəmizin ilk müstəqil teatrı olan ADO 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum məsələni öz üzərindən atır və bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir. Teatr bununla bağlı Mədəniyyət Nazirliyini məhkəməyə verib. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılacaq.

Share on Facebook
Share on Twitter
Please reload