ADO sosial mediada:

Meriya ilə teatrın məhkəməsi təxirə düşüb


Noyabrın 20-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiasının hazırlıq iclası təxirə salınıb.

Belə ki, hakim Tahirə Əsədova və BŞİH nümayəndəsi prosesə qatılmayıb. Hakimin köməkçisi T.Əsədovanın hansısa konfransa çağırıldığını bildirib. Bu səbəbdən köməkçi prosesi 5 dekabr, saat 15:30-a təyin edib.

İlk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Mədəniyyət Nazirliyini də məhkəməyə verib. Hazırda teatrın hər iki qruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində keçirilir.