ADO ilə nazirliyin məhkəməsi olacaq - 29 noyabr, 11:45`də


Noyabrın 29-u saat 11:45-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı qaldırdığı məhkəmə iddiasının növbəti prosesi keçiriləcək. Prosesə hakim Şəhla Süleymanova sədrlik edir və məhkəmə açıq keçiriləcək.

Ötən prosesdə nazirlik nümayəndəsi məhkəməyə qatılmadığı üçün hakim prosesi təxirə salmışdı və nazirliyin iştirakı üçün sorğu göndəriləcəyini bildirmişdi.

İlk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir.

Teatr bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətini də məhkəməyə verib. Hazırda teatrın hər iki qruma qarşı qaldırdığı məhkəmə prosesləri 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində keçirilir.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva