ADO sosial mediada:

ADO ilə nazirliyin məhkəməsi yekunlaşdı


6 dekabr 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Mədəniyyət Nazirliyinə qarşı məhkəmə iclası keçirilib. Prosesə hakim Şəhla Süleymanova sədrlik edib.

Məhkəmənin və teatrın tələbinə uyğun olaraq nazirlik rəsmi qaydada əsaslandırılmış cavab sənədi təqdim edib. Hakim isə əsaslandırılmış cavabın təqdim olunduğu üçün işə xitam verilməsi haqda qərar qəbul edib.

Əsaslandırılmış sənəddə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq nazirliyin küçə və prospektlərdə tamaşa göstərilməsi üçün icazə və rəy vermək səlahiyyətini olmaması vurğulanır. Bu səlahiyyətin Bakı Şəhər İcra Hakimiyyətində olduğu üçün teatr nazirliyin rəsmi sənədini meriya ilə olan məhkəməyə təqdim edib. Məhkəmə rəsmi sənədi meriyaya göndərib və onlardan cavab tələb edib.

Teatrla Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə prosesi isə 30 dekabr saat 10:40-da 1 Saylı Bakı-İnzibati İqtisadi Məhkəməsində keçiriləcək.