“Qaranlıqdan reportaj” - 11 dekabr, 19:00


ADO teatrında “Qaranlıqdan reportaj” tammetrajlı bədii filminin təqdimatı keçiriləcək. (Azərbaycan-Fransa istehsalı)

İstehsalçı şirkətlər - Memuar Films, Caracteres Productions​

Prodüserlər - İntiqam Hacılı və Elvin Adıgözəl Ko-prodüser (co-producer) - Etienne de Ricaud Rejissor - Elvin Adıgözəl Musiqi - Alain Kremski Sound - Kaan Bauman Art-direktor - Nilufər Hacılı

Rollarda: Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Ayşad Məmmədov, Cahangir Məlikov, İlqar Dadaşov, Tərlan Rəsulov, Ziyadxan Əliyev, Ruslan İsmayılov, Vüqar Arıqlar, Əhməd Qala, Tarix Vüsallı, Təzəxan Bəşir, Tural Türksoy, Sevil Əlibəyli, İntiqam Hacılı, Elvin Adıgözəl.

2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalın əsas yarışma bölməsində iştirak edən filmin çəkilişləri Biləsuvar rayonunda və Bakı şəhərində çəkilib.

“Qaranlıqdan reportaj” tammetrajlı bədii filmi Marsel Beynəlxalq Film Festivalında iştirak edən ilk Azərbaycan filmdir. Bu həm də Azərbaycanda müstəqil kinonun (independent cinema) uğuru kimi dəyərləndirilir.

Azərbaycanda filmin təqdimatı 11 dekabr saat 19:00-da ADO teatrında keçiriləcək. Giriş sərbəstdir.

Bölgə müxbiri çalışan Kərim düşdüyü tələdən qurtulmağa və karyerasını nizamlamağa çalışsa da, həmkarlarının gözləmədiyi hərəkətləri ilə rastlaşır. Bu isə digər həmkarının həyatı üçün təhlükəyə səbəb olur. Kərim vicdan əzabı ilə üz-üzə qalır.

Yer sayı: 50 Teatrın ünvanı: Bakı, Mirzəağa Əliyev 245, AZ1014 Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact Teatrla əlaqə: Tel: 051 700 03 89 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva