ADO Gəncəyə qastrola gedir


Ölkəmizin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) Gəncə şəhərinə qastrol səfəri edəcək. Teatr Gəncəlilərə TOY tamaşasını nümayiş etdirəcək. Tamaşa Art Garden Ganja`da 20 dekabr, saat 17:00-da baş tutacaq. Teatrın səfərinə Art Garden Ganja dəstək verir. Eyni zamanda Khurma Hostel qastrolun texniki dəstəkçisidir. Əziz Gəncəlilər! Sizinlə birlikdə olacağımıza görə sevincliyik və hər kəsi tamaşamıza dəvət edirik. Giriş simvolik olaraq 2 AZN müəyyən olunub. Tamaşa zamanı əldə olunan gəlir, qadın Art Garden Ganja tərəfindən qadın sığınacağına bağışlanacaq. Tamaşada iştirakınız həmçinin sizin dəstəyinizdir. Tamaşanın adı: TOY Əsərin adı: Meşşan toyu Göstəriləcəyi vaxt: 20.12.2019 (17:00) Müddət: 65 dəqiqə Yaş həddi: 12+ Müəllif: Bertolt Brext Rejissor: Elsa Furtado Rəssam: Leyla Quliyeva Tərcümə: Aytən F. Əliyeva Rollarda: Elmin Bədəlov, Elgün Həmidov, İskra Tarrant, Kamran Muradlı, Günel İmanova, Zərif Bəkirova və Ceyhun Zabitli Tamaşa haqda: Hadisələr gözləmə zalından başlayır. Siz də bu TOY`un bir parçasına çevirilirsiniz. Hər kəs isə sual edir: Xoşbəxtlik üçün mebellərə ehtiyac var idimi? İnsanlar birlikdə olanda nələr baş verir? Axı ayrı-ayrılıqda hərə özü üçün çox yaxşı insandır... Teatr haqda: ADO Theatre – Collective 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb. İncəsənətin müxtəlif sahələri ilə məşğuldur. Teatrla əlaqə: Tel: 051 700 03 89 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre ART Garden Ganja ilə əlaqə: Tel: 070 507 37 97


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva