ADO Gəncədə qastrolda olub - FOTOLAR


Azərbaycanın ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) xeyriyyə tamaşası göstərməsi üçün səfər etdiyi Gəncə şəhərindən qayıdıb.

Teatr Gəncəlilərə TOY tamaşasını nümayiş etdirib. Tamaşa Art Garden Ganja`da baş tutub. Teatrın səfərinə Art Garden Ganja dəstək verib. Eyni zamanda Khurma Hostel qastrolun texniki dəstəkçisi olub.

Giriş simvolik olaraq 2 AZN müəyyən olunub. Tamaşa zamanı əldə olunan gəlir, Art Garden Ganja tərəfindən Gəncədəki qadın sığınacağına bağışlanıb.

100-ə yaxın tamaşaçının iştirak etdiyi TOY tamaşası Gəncə sakinləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, ADO xarici səfərləri ilə yanaşı ölkəmizin bir neçə bölgəsinə də səfər edib. Teatr Biləsuvar, Şəki, Lənkaran, Lerik və.b bölgələrə qastrol səfərləri də edib.


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva