"ADAM" - 14 yanvar, 19:00


ADO teatrında ADAM qısametrajlı sənədli filminin təqdimatı keçiriləcək. Təqdimat 14 yanvar, saat 19:00-da baş tutacaq. Rejissor: Emil Əli Prodüserlər: Qan Turalı, Ali Araz İçracı Prodüser: Fuad Cəfərov Quruluşçu operator: Emil Əli Montaj: Ahtam İbragimov, Fərid Şahbazov Musiqi: Aleksandr Shamaluev Drone Operatoru: Murad Qurbanov Səs: Turap Başel Tərcümə: Qəmər Alxanov, Nigar Yahyazadə Məsləhətçilər: Gümrah Ömər, Amid Qasımov İstehsal: Zen Film & Alfeka Filmworks Film haqda: Kürdili yarımadası 1981-ci ildə Xəzər dənizinin yüksəlməsi nəticəsində adaya çevrilib. Yarımadada yerləşən iki kənddə yaşayanlar zamanla adanı tərk etsə də, Vitali üçün bura axırıncı dayanacaq olur. Atasını və anasını torpağa verdiyi, uşaqlığının, gəncliyinin keçdiyi torpaqları tərk etmir. Geriyə böyük torpaq parçası və ömrünün, demək olar ki, 66 ilini bu adada keçirmiş Vitali qalır. Kürdili yarımadasının hekayəsindən bəhs edən "Adam" sənədli filmində Vitali Proninin hekayəsi onun öz dilindən danışılır və filmdə ancaq bir nəfərin xatirələri canlandırılır, arzuları paylaşılır. Qeyd edək ki, ötən gün filmin qəhrəmanı olan Vitali dünyasını dəyişib. Təqdimat mərhumun xatirəsinə ithafən baş tutacaq. Filmin rejissoru Emil Əli haqda: 1997-ci ildə Goranboy rayonunda doğulub. 2014-cü ildə ali təhsil üçün Türkiyəyə gedib. Uşak Universitetində “Radio, televiziya və kino” ixtisası üzrə təhsil almışdır. Həmin dövrdə bir çox qısametrajlı, eləcə də sənədli filmlərdə quruluşçu operator və başqa vəzifələrdə çalışmışdır. Filmin aldığı mükafatlar 9.Start Beynəlxalq Qısa Film Festivalı - Ən Yaxşı Sənədli Film (Qızıl Nar)–2018 12.İstanbul Memarlıq və Şəhər Qısa Filmləri Festivalı - İkinci Ən Yaxşı Sənədli Film 2018 13.JCI İstanbul Crossroads Beynəlxalq Film Festıvalı - Ən Yaxşı Operator 2018 18.Kisa-Ca Beynəlxalq Tələbə Filmləri Festivalı - Kemal Öner Özəl Mükafatı 2018 15.Beynəlxalq Snow Qısa Film Festivalı - Birinci Ən Yaxşi Sənədli Film 2019 1.Çukurova Adana Fest Qısa Film Festivalı - İkinci Ən Yaxşı Sənədli Film 2019 9.İstanbul Okan Universiteti Tələbə Filmləri Festivalı - Jüri Özəl Mükafatı 2019 Sinekültür Universitetlər arası Qısa Film Yarışması - Ən Yaxşı Sənədli Film 2019 TFAYY Migration Film Festival - Jüri Özəl Mükafatı 2019 Filmin iştirak Etdiyi Festivallar Azərbaycan Kino Akademiyası "Qızıl Pəri" Peşə Mükafatı "Ən Yaxşı Rejissor" (Sənədlidə) Nominant 2018 Azərbaycan Kino Akademiyası "Qızıl Pəri" Peşə Mükafati "Ən Yaxşı Qısametarajlı Sənədli Film" Nominant 2018 2.Afsad Beynəlxalq Qısa Film Festivalı Rəsmi Nümayiş 2018 2.Bingöl Beynəlxalq Qısa Film Festivlı - Finalist 2018 5.Uşak Qanadlı Dənizatı Beynəlxalq Qısa Film Festivalı - Finalist 2018 Inshort Beynəlxalq Film Festivalı - Finalist 2018 World Film Fair New York - Rəsmi Nümayiş 2018 41.Clermont Ferrand Beynəlxalq Qısa Film Festivalı, Film Market: Türkiyədən Qısalar 2019 14.İşçi Filmləri Festivalı - Rəsmi Nümayiş 2019 Cefalu Film Festivalı - Finalist 2019 17.İstanbul Çevrə Qısa Film Festivalı - Finalist 2019 4.Türk Dünyası Sənədli Film Festivalı - Finalist 2019 Hacəttəpə Universiteti Sənədli Filmləri Günü - Rəsmi Nümayiş 2019 *** Giriş sərbəstdir! Teatrın ünvanı: Bakı, Mirzəağa Əliyev 245, AZ1014 Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact Teatrla əlaqə: Tel: 050 394 48 64 & 070 219 83 33 & 012 594 83 85 E-mail: adotheatre@gmail.com Rəsmi sayt: ADO.AZ Rəsmi səhifələr: fb.com/adotheatre instagram.com/adotheatre


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva