65134526_456303914940729_835051606390079
elmin mehkeme teatr.jpg
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva                   

Meriya ADO`nu Apellyasiya Məhkəməsinə verdi

March 4, 2020

 

 

Bakı Şəhər İcra Hakimiyyəti ölkəmizin ilk müstəqil teatrı olan ADO ilə bağlı 1 Saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Proses martın 9-u, saat 11:15-də, 15 nömrəli zalda keçiriləcək. İşə hakim Ülvi Mayılov sədrlik edəcək. Proses açıq keçirildiyi üçün məhkəmədə hər kəs iştirak edə bilər.

ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çox idi ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edirdi. Hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirirdi. Teatr hər iki qurumla bağlı məhkəməyə müraciət etmişdi. 30 dekabr 2019-cu il tarixində 1 Saylı Bakı İnzibati - İqtisadi məhkəməsi ADO teatrının xeyrinə qərar çıxarmışdı və meriyanın üzərinə teatra əsaslandırılmış cavab verilməsi tələbini qoymuşdu. Meriya isə bu qərarla razılaşmadığı üçün apellyasiya şikayəti verib.

ADO teatrı bu məsələnin yenidən uzadılmasından narahatlığını bildirir, dövlət qurumlarının teatrla, incəsənətlə mübarizəsinin heç bir fayda verməyəcəyini, bunun cəmiyyətimiz, ölkəmizin imici üçün heç də uğurlu olmayacağını qətiyyətlə vurğulayır. Teatr mədəniyyətin inkişafı üçün ona azadlıq verilməsinin vacibliyini bir daha xatırladır.

Share on Facebook
Share on Twitter
Please reload