"Möhtəşəm hürüş"

March 28, 2020

 

 

Falk Rixterin “Güvən” pyesinin "Möhtəşəm hürüş" adlı hissəsini təqdim edirik. Adıçəkilən pyes əsasında ADO teatrında RING adlı tamaşa da hazırlanıb. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib. Tamaşadan çəkilmiş fotonun müəllifi isə fotoqraf İlkin Səlifovdur.

 

- Hə, başla, hür görüm, hə, hür… hündürdən, bərkdən, acıqlı, aqressiv

 

- Miyo, miyo

 

- Yox, hür, hür görüm, əməlli-başlı hür

 

- Miyo miyo

 

- Yox, təsəvvür et ki, qəzəblisən, bura yığılmısan, BEZMİSƏN ARTIQ de ki, MƏN ARTIQ BEZMİŞƏM

 

- Mən artıq bezmişəm

 

- Hə, amma elə de ki, dediyinə uyğun səslənsin

 

- Nə?

 

- Elə de ki, bilək nə demək istəyirsən

 

- Nə demək, nəyi ki?

 

- Onu ki, artıq boğaza yığılmısan, onu ki, yalanlardan bezmisən, onu ki səni daha heç kəs bu yalanlarla minməyəcək, onu ki, bir də səni qısqırtmaq fikrinə düşsələr əvəzində bax bunu alacaqlar

 

- Aha yaxşı
MƏN ARTIQ BEZDİM
(gülür)

MƏN ARTIQ BEZDİM!! MƏN BAX ELƏ İNDİ BUNA BİR STOP QOYURAM (gülür)

 

- hə, görürəm
sonra isə hür, sadəcə davam et və hür

(çox sakit hürür)

aqressiv, bərkdən, qəzəbli, sanki hər şeyi vurub dağıtmaq, sındırmaq istəyirsən.

İndi isə bütün qrup, aqressiv, bərkdən, qəzəbli, sanki elə bir nöqtəyə çatmısız ki, bitib artıq, bir də heç vaxt və heç kim sizinlə məzələnməyəcək, BU NÖQTƏDƏ SİZ ARTIQ BEZMİSİZ, haydı hürün, hürüşün indi, HÜR!

(hər kəs hürür amma yavaşdan, bu daha çox iniltidir, balaca bir itin ehtiyatla hürməsidir) ALLAH XƏTRİNƏ, SİZ Kİ HÜRMƏK İSTƏYİRSİZ, AY DEBİLLƏR

 

(sakit, zəif hürüş getdikcə qismən inamsız öskürəyə çevrilir)

 

HÜRÜN, DAVAM EDİN, HÜRÜN, SİZ ARTIQ CANA DOYMUSUZ, SİZ ARTIQ BUNU İSTƏMİRSİZ, SİZİ BİR DAHA QISQIRTMAYACAQLAR siz hər şeyi və hər kəsi qırıb məhv etməyə hazırsız, siz banka girirsiz, qarşınıza çıxan ilk bankiri tutmağa və onun o pox stəkanını dirsəkləndiyi piştaxtaya çırpmağa hazırlaşırsız, sonra fondun bir poxa yaramayan sənəd-sünədini ona yedizdirəcəksiz və təpəsini yanındakı divardan asılmış sonsuz gəlirlər vəd edən o s**ilmiş reklam plakatına o qədər çırpacaqsız ki, axırda qusacaq və qan qusacaq, axırda onun o sidik stəkanından selik axacaq və o aman diləyir, zarıya-zarıya mərhəmət yalvarır və çığırır və sonra siz o pox torbasını orada buraxıb, o birini tutmağa gedirsiz və ierarxiyaya uyğun olaraq yuxarı və yuxarı (dayanır, ətrafına baxır, özlərini itirmiş sifətlərə tamaşa edir)

Share on Facebook
Share on Twitter
Please reload

65134526_456303914940729_835051606390079
elmin mehkeme teatr.jpg
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva