ADO sosial mediada:

Meriyanın ADO’ya qarşı Apellyasiya Məhkəməsinin vaxtı bəlli oldu


Karantin dövrüylə əlaqədar məhkəmə prosesi iki dəfə təxirə salınmışdı. İyunun 11-i, saat 12:20-də 15 nömrəli zalda Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin ADO teatrına qarşı məhkəmə prosesi olacaq. Prosesə hakim Ülvi Mayılov sədrlik edəcək.

Meriya apellyasiya iddiasında əsaslandırmaq istəyir ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi performansa baxmadan qərar çıxarıb və buna görə ilkin qərar ləğv olunmalı, Mədəniyyət Nazirliyi küçə tamaşalarının keçirilməsi üçün rəy verməlidir.