ADO sosial mediada:

Meriyanın ADO`ya qarşı Apellyasiya Məhkəməsi keçirildi


Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin ADO teatrına qarşı apellyasiya şikayətinə baxılıb. Prosesə hakim Ülvi Mayılov sədrlik edib.

Meriya apellyasiya iddiasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin performansa baxmadan qərar çıxardığını qeyd etməsi səbəbiylə, ADO teatrı bu gün məhkəmədə performans göstərmək istəyib. Hakim isə bununla razılaşmayıb. Meriya məhkəmədə birinci instansiya məhkəməsinin qərarının ləğvini tələb edib. Hakim iddianı əsaslandırmaq üçün meriyaya vaxt verib. Eyni zamanda meriya teatrdan göstərəcəyi performansın konsepsiyasını təqdim etməyi tələb edib.

Məhkəmə prosesi iyulun 2-si saat 11:15-də keçiriləcək. Növbəti prosesdə qərar veriləcəyi gözlənilir.

ADO Bakı küçələrində performanslar göstərmək istəyir, lakin dövlət qurumları məsələ ilə bağlı yekun qərara gələ bilmirlər. Birinci instansiya məhkəməsi 30 dekabr 2019-cu il tarixində teatrın iddiasını təmin etmişdi.