ADO sosial mediada:

ADO teatrı 2-ci karikatura müsabiqəsini elan edir


II ADO Karikatura Müsabiqəsi

ADO teatrı 2-ci karikatura müsabiqəsini elan edir;

Mövzu: Din və Elm

1-ci yer: 300 azn 2-ci yer: 200 azn 3-cü yer: 100 azn

Müsabiqəyə uyğun olan bütün işlər ADO-nun sosial şəbəkələrindəki rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki, həmin kataloq sərgi zamanı təqdim olunacaq.

Qaliblərə və digər iştirakçılara sertifikatlar təqdim olunacaq.

Şərtlər:

Maksimum iki iş təqdim etmək olar

İşləri göndərmək üçün son tarix: 10 iyul 2020

Karikaturaları gün ərzində (səhər saat 12:00-dan axşam saat 19:00-a kimi) ADO teatrının ünvanına gətirə bilərsiniz

İşin arxa tərəfində qeyd etmək: Müəllifin ad və soy adı, çəkdiyi tarix və işin adı

Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz

Ölçü: Məhdudiyyət yoxdur

QEYD: Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq

ADO əməkdaşları müsabiqədə iştirak edə bilməz

Layihənin məqsədi: Azərbaycanda din və elmin bu günkü gününə karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq

Təqdim olunmuş işlər teatrın foyesində asılacaq və tamaşaçılar mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək