II ADO Karikatura Müsabiqəsinin vaxtı uzadıldı

Karantin rejiminin uzadılmasıyla əlaqədar olaraq karikatura müsabiqəmizə işlərin qəbulunun vaxtı da uzadıldı. Belə ki, müsabiqəyə işlərin qəbulu avqustun 1-nə kimi davam edəcəkdir.

ADO teatrı 2-ci karikatura müsabiqəsi elan edib;

Mövzu: Din və Elm

1-ci yer: 300 azn 2-ci yer: 200 azn 3-cü yer: 100 azn

Müsabiqəyə uyğun olan bütün işlər ADO-nun sosial şəbəkələrindəki rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki, həmin kataloq sərgi zamanı təqdim olunacaq.

Qaliblərə və digər iştirakçılara sertifikatlar təqdim olunacaq.

Şərtlər:

Maksimum iki iş təqdim etmək olar

İşləri göndərmək üçün son tarix: 31 iyul 2020

Karikaturaları təhvil vermək üçün teatrla əkaqə yarada bilərsiniz

Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz

Ölçü: Məhdudiyyət yoxdur

QEYD: Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq

ADO əməkdaşları müsabiqədə iştirak edə bilməz

Layihənin məqsədi: Azərbaycanda din və elmin bu günkü gününə karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq

Təqdim olunmuş işlər teatrın foyesində asılacaq və tamaşaçılar mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək


65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva