ADO sosial mediada:

Meriyanın ADO’ya qarşı Apellyasiya Məhkəməsinin vaxtı bəlli oldu


İyulun 30-u, saat 11:00-da 15 nömrəli zalda Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin ADO teatrına qarşı məhkəmə prosesi olacaq. Prosesə hakim Ülvi Mayılov sədrlik edəcək.

Hakim əvvəlki məhkəmədə Bakı İnzibati-İqtisadi Məhkəməsinin performansa baxmadan qərar çıxardığını qeyd etməsi səbəbiylə, ADO teatrının məhkəmədə performans göstərməsi ilə razılaşmayıb, göstərəcəyi performansın konsepsiyasını təqdim etməyi tələb etmişdi.