II ADO Karikatura Müsabiqəsi - yekun sərgi

August 14, 2020

 

 

ADO teatrının "Din və Elm" adı altında başlatdığı II karikatura müsabiqəsi yekunlaşıb. Müsabiqənin yekununa həsr olunmuş sərgi keçiriləcək.

Sərgi 19 avqust, saat 12:00-dan 21:00-a qədər ADO`nun məkanında baş tutacaq. Müsabiqənin qalibləri isə sərgi zamanı elan ediləcək. Qaliblərə pul mükafatı və sertifikatlar təqdim olunacaq. Eyni zamanda sərgidən sonra karikaturalar teatrın rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. İştirakçıların işlərindən ibarət kataloq isə sərgi günü təqdim olunacaq.

Layihənin məqsədi: Azərbaycanda din və elmin bu günkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaq.

Təqdim olunmuş işlər sərgidən sonra teatrın foyesində asılacaq və tamaşaçılar 1 ay müddətində mütəmadi olaraq işləri izləmə imkanı əldə edəcək.

Sərgiyə giriş sərbəstdir!

Diqqət: Pandemiya dövrü ilə əlaqədar olaraq sərgi gün ərzində keçiriləcək və sərgiyə gələrkən maskadan istifadə etməyi unutmayın. Tamaşaçılar zala növbəli şəkildə buraxılacaq.

Teatrın ünvanı: Bakı, Mirzəağa Əliyev 245, AZ1014
Teatrın ünvanını tapmaq üçün: www.ado.az/contact
Teatrla əlaqə:
Tel: 051 700 03 89 & 012 594 83 85
E-mail: adotheatre@gmail.com
Rəsmi sayt: ADO.AZ
Rəsmi səhifələr:
fb.com/adotheatre
instagram.com/adotheatre
https://t.me/adotheatre

Share on Facebook
Share on Twitter
Please reload

65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva