ADO sosial mediada:

Meriyanın ADO’ya qarşı Apellyasiya Məhkəməsinin yekun iclası olacaq:


Sentyabrın 3-ü, saat 11:00-da, 15 nömrəli zalda, Apellyasiya Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin ADO teatrına qarşı məhkəmə prosesi olacaq. Prosesə hakim Ülvi Mayılov sədrlik edəcək.

Meriyanın əvvəlki məhkəmədə Bakı İnzibati-İqtisadi Məhkəməsinin performansa baxmadan qərar çıxardığını qeyd etməsi səbəbiylə, ADO teatrının məhkəmədə performans göstərməsi ilə razılaşılmayıb, göstərəcəyi performansın konsepsiyasını təqdim etməyi tələb edilib.

Ümid edirik ki, Apellyasiya Məhkəməsi ilkin qərarı qüvvədə saxlayacaq və yaranmış presidentin üzərindən xətt çəkməyəcəkdir.