ADO meriya ilə Ali Məhkəmədə çəkişəcək:

November 16, 2020

 

 

Noyabrın 17-si, saat 15:20-də, Ali Məhkəmənin 7 nömrəli zalında, ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı məhkəmə prosesi olacaq. Prosesə hakim İlqar Hüseynov sədrlik edəcək.

 

Ölkəmizdə ilk müstəqil teatr olan ADO ( Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur ki, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edib. Ancaq hər iki qurum bununla bağlı müsbət cavab verməmişdi. Nazirlik bu səlahiyyətin meriyaya, meriya isə nazirliyə aid olduğunu qeyd edirdi. ADO teatrı buna görə məhkəməyə müraciət edib və 30 dekabr 2019-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi teatrın iddiasını təmin edib.

 

Bakı şəhər İcra Hakimiyyəti məhkəmənin qərarından apellyasiya şikayəti verib və Bakı Apellyasiya Məhkəməsi sentyabrın 3-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını ləğv edib.

 

2 ildən çoxdur ki, ölkəsində küçə performanslarının nümayişinə icazə ala bilməyən ADO teatrı bunu Gürcüstanda 3 saat ərzində Tiblisi meriyasının icazəsi ilə həyata keçirtmişdi. O cümlədən Fransa, İtaliya və başqa ölkələrdə rahatlıqla nümayişlər göstərən ADO Azərbaycan mədəniyyətini "sovetin qalıqları"ndan xilas etmək üçün kiçik məsələlərlə böyük mübarizə aparır.

Share on Facebook
Share on Twitter
Please reload

65134526_456303914940729_835051606390079
118152727_3116118228506276_7183565482960
Leyla Quliyeva 7.jpg

       

         © ADO Theatre

 

 

Designed by Olga Guliyeva