ADO sosial mediada:

ADO’nun küçə performansları ilə bağlı ölkədaxili bütün hüquqi prosedurlar yekunlaşdı


* ADO’nun küçə performansları ilə bağlı məhkəmə dönəmi sonlandı;

* Məhkəmələrin yekun qərarı “mənfi”, teatrın yekun qərarı “müsbət” oldu;

* ADO artıq heç bir dövlət qurumundan icazə almadan küçə performansları nümayiş etdirəcək;

* Teatr eyni zamanda Avropa İnsan Haqları Məhkəməsinə müraciət edir;

Noyabrın 17-si Ali Məhkəmə bundan öncəki Apellyasiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq ADO teatrının iddiasını təmin etmədi. Apellyasiya Məhkəməsi teatrın xeyrinə çıxarılan birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi. Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ADO’ya bu məsələylə bağlı cavab verməkdən imtina edir. Artıq ölkədaxili bütün hüquqi prosedurlar yekunlaşdığı üçün teatr verilən qərarla razılaşmır və heç bir quruma müraciət etmədən performanslarını küçədə nümayiş etdirməyə cəhd edəcək. Küçələrdə görüşmək ümidi ilə