ADO sosial mediada:

ADO məhkəməyə müraciət etdi



ADO teatrının bədii rəhbəri, performer Elmin Bədəlovun 15 iyul 2021 tarixində “Qış parkı”nda performans göstərərkən polis tərəfindən saxlanılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət olundu.


Bu barədə teatrın direktoru, hüquqşünas Xalid Bağırov məlumat verir;


Elmin Badalovun polis bölməsində 3 saatdan çox saxlanılması Avropa Konvensiyasının 5, 10 və 11-ci maddələrində təsbit edilmiş hüquqlarının pozuntusudur.


Məhkəmədən xahiş olunur ki, Bakı Şəhər Baş Polis İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının hərəkətini (performerin saxlanmağı və hədələnməyi) qanunsuz saysın və onun Konvensiyanın 5, 10 və 11-ci maddələrində təsbit edilmiş hüquqlarının pozulması müəyyən edilsin.


ADO Azərbaycanda küçə incəsənətinin də formalaşmasına çalışır.

İstəyirsən bütün məlumatlar özü sənə gəlsin?